Bank Of Baku

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi noyabrın ikinci ongünlüyündə regionlara qastrol səfərinə gedəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi noyabrın ikinci ongünlüyündə regionlara qastrol səfərinə gedəcək
# 28 oktyabr 2010 10:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi noyabrın ikinci ongünlüyündə regionlara qastrol səfərinə gedəcək. Teatrdan APA-ya verilən məlumata görə, kollektiv elə bu yaxınlarda Balakən - Şəki - Zaqatala bölgəsindən qastrol səfərindən qayıdıb. Teatr kollektivinin növbəti çıxışları isə Cənub bölgəsində, həmçinin Şamaxı, İmişli, Saatlı və Sabirabad rayonlarında olacaq.
Milli Teatrın yaradıcı kollektivinin ifasında tamaşaçılar bir sıra tamaşalara baxmaq imkanı qazanacaqlar. Teatrın bölgələrə səfər proqramı bu ilin sonunadək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR