Bank Of Baku

“Sahə” filminin operatorları beynəlxalq festivalda xüsusi mükafat qazanıblar - FOTO

“Sahə” filminin operatorları beynəlxalq festivalda xüsusi mükafat qazanıblar - <font color=red>FOTO</font>
# 28 oktyabr 2010 14:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Nərmanfilm” Kinostudiyasında istehasal olunan “Sahə” filminin operatorları Konstansin Esadze və Varlam Karçxadze “Golden Eye” kino və teleoperatorlarının beynəlxalq festivalının xüsusi mükafatını qazanıblar. “Nəramanfilm”dən APA-ya verilən məlumata görə, festivalda Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belarus, Estoniya, ABŞ, Almaniya, Hollandiya, İspaniya, Xorvatiya, Braziliya, Hindistan, Pakistan, Avstriya və Ermənistan da iştirak edib.

Məlumat üçün bildirək ki, Azərbaycan və Gürcüstanın birgə istehsalı olan “Sahə” filminin ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. “Sahə” bədii filmində (“The Precinct”) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs olunur. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Film “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatına namizəd göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR