Yaponiyanın məşhur pianoçusu Keiko Matsui Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib – FOTOSESSİYA
Caz Festivalı çərçivəsində keçirilən ən bahalı konsertlərdən biri hesab olunan və biletləri baha qiymətə satılan Keiko Matsuinin konserti anşlaqla baş tutub. Yaponiyalı pianoçu öz musiqiçiləri ilə bərabər uzun illərdir yaddaşlarda həkk olunan mahnıları canlı olaraq səsləndirib. Həm royal, həm də sintezatorda musiqiləri özünəməxsus ifa edən Keiko Matsuinin bütün çıxışları sürəkli alqışlarla müşayiət olunub. Musiqiçi hər alqış üçün dəfələrlə “bu çox gözəldir, sizə böyük təşəkkür edirəm” deməyi də özünə borc bilib. Konsert proqramını Azərbaycanın tanınmış simaları, dövlət rəsmiləri, eləcə də çoxsaylı mədəniyyət və incəsənət xadimləri də izləyiblər. Heydər Əliyev Sarayının səhnəsində quraşdırılmış böyük ölçüdə LED ekran vasitəsilə salonun arxa sıralarında əyləşən tamaşaçılar pianoçunun çıxışını aydın şəkildə izləmək imkanı qazanıblar. Saat yarımlıq proqram yekunlaşdıqdan sonra pianoçu tamaşaçıların sürəkli alqışlarına cavab olaraq bir neçə dəfə səhnəyə qayıdıb və hər qayıdışında tamaşaçılara yaddaqalan musiqi nömrələri ərməğan edib. Pianoçu sonda musiqiçilərin müşayiəti olmadan ona uğur gətirən məşhur kompozisiyanı royalda təqdim edib. Keikonu görkəmli saksofonçu Michael Ghegan, basist Mel Brown və ənənəvi yapon fleytaçısı Kazu Matsui müşayiət ediblər.
Xatırladaq ki, Keiko Matsui caz aləmində XX əsrin 80-ci illərin ortalarından başlayaraq məşhurlaşıb. Əsasən caz-pop və flujn üslubunda ifaçı kimi tanınmış Keiko Matsui Şərqin musiqi mədəniyyətinə sədaqətini qoruyub saxlayıb, orijinal bəstəkar və özünəməxsus vokalçı kimi də uğur qazanıb. Onun “A drop of Water” adlı ilk albomu ABŞ-da buraxılıb. “Dream Walk” lonqpleyi ən populyar caz albomları arasında ilk üçlüyə daxil olub. 1999-cu ildə Keiko “Oasis Awards” yarışmasının qalibi olub, onun “Light Above the Trees” klipi isə ən yaxşı videoklip mükafatına layiq görülüb. Onun bəzi kompozisiyaları lirik mahnılar kimi, digərləri kinofilmlərə etüdlər kimi səslənir.
Qeyd edək ki, “Bakı Beynəlxalq Caz Festivalı-2010” Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Mədəniyyət Fondu, “Sweet production”un birgə təşkilatçılığı ilə keçirilir. Festival oktyabrın 30-dək davam edəcək.
İncəsənət
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
"Baharın 17 anı" filminin tanınmış latviyalı aktyoru vəfat edib
Xəbər Lenti
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Xüsusi nümayəndə: Azərbaycan Ordusu NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Səfir: Britaniya Azərbaycanla tərəfdaşlığı daha da gücləndirməkdə qərarlıdır
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib - FOTO
Naxçıvanda hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır - VİDEO
FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb
Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək
Xankəndidə Silahlı Qüvvələrin 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş keçirilir - FOTO
Gəncədə hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
FHN: Lənkəranda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edilib - VİDEO
AEBA rəhbəri: İranın nüvə proqramı üçün ciddi nəzarət mexanizminə ehtiyac var
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatıb, 36 min nəfər itkin düşüb - VİDEO - YENİLƏNİB-3
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
DİN: 46 kq narkotik vasitə dövriyyədən çıxarılıb, 9 nəfər həbs olunub - VİDEO
Arzu Nağıyev: Azərbaycan Ordusu müstəqilliyimizin, suverenliyimizin və qələbə əzmimizin ən böyük təminatçısıdır
Əmtəə birjasında təbii qazın dəyəri azalıb
Dünya bazarlarında neft yenidən ucuzlaşıb
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurub
Noyer dünya çempionatlarında Maradonanı geridə qoyub
İtaliya və Fransa Livana dəstək koalisiyası yaradacaq
Tramp: İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək
DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik
"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək
Pikassonun tablosu Londonda 1,7 milyon dollara satılıb
Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
ABŞ "Lukoil"in xarici aktivləri üzrə danışıqlara icazəni uzadıb
DÇ-2026: Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub
İran Hörmüzdə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsizlik zəmanəti verməyəcək
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
ABŞ Venesuelaya 150 milyon dollar yardım ayıracaq
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları bir il uzadıb
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Adı Yunus Emre, yolu isə "Feto yolu": CHP-li deputatın AŞPA sərgüzəştləri
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib
Bakının Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq