Bank Of Baku

Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayevin 73 yaşı tamam olur – FOTO

Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayevin 73 yaşı tamam olur – <font color=red>FOTO </font>
# 29 oktyabr 2010 10:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti, professor Rauf Abdullayevin 73 yaşı tamam olur. APA-nın məlumatına görə, Azərbaycan müasir musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən olan, dirijor Rauf Abdullayev, Azərbaycan Dövlət Konservatoriyasının Piano Fakültəsini və Sankt-Peterburq Dövlət Konservatoriyasının Opera və Simfonik dirijorluq fakültəsini bitirib. Onun Fransa, Almaniya, ABŞ, Rusiya, Böyük Britaniya, Türkiyə, İraq, Misir, Belçika, İtaliya, Finlandiya, Avstriya, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və başqa ölkələrdə ifaları olub.
R. Abdullayevin geniş əhatəli repertuarına müxtəlif dövrlərdən, üslub və cərəyanlardan olan əsərlər daxildir. Sənətçi xüsusi olaraq Azərbaycan bəstəkarlarının musiqi əsərlərinin ifasına üstünlük verir. Dirijor bеynəlхаlq əhəmiyyətli musiqi fеstivаllаrının və layihələrin iştirаkçısı оlub, bir çох ölkələrdə məşhur kоllеktivlərə dirijоrluq еdib. Repertuarına bir çox qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. O, dövlət mükafatları laureatıdır. “Şöhrət” ordeni ilə təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR