Bank Of Baku

Xəttat Gülxan Bəydəmirin Bakıda sərgisi açılacaq – FOTO

Xəttat Gülxan Bəydəmirin Bakıda sərgisi açılacaq – <font color=red>FOTO </font>
# 29 oktyabr 2010 10:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda Gülxan Bəydəmirin xəttatlıq sərgisi keçiriləcək. Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” sərgi salonunda keçirilməsi nəzərdə tutulan sərgidə G.Bəydəmirin xəttatlıq nümunələri sənətsevərlərin ixtiyarına veriləcək. İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədlinin APA-ya verdiyi məlumata görə, sərginin açılışının noyabrın 5-də keçirilməsi planblaşdırılır. R.Gülməmmədli deyib ki, hazırkı sərgi Bakıda açılacaq ikinci fərdi xətt sərgisidir. Gülxan Bəydəmirin bir çox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandya, Avstriya, Koreya və Fransa kolleksiyaçıları tərəfindən alınıb.
Gülxan Bəydəmir dünya şöhrətli xəttat Davut Bektaşdan dərs alır.

Qeyd edək ki, Gülxan Bəydəmr Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə məşğul olur və bu sahədə ustalar yetişdirib. Onu ən çox maraqlandıran daşların üzərindəki xətt yazı sənəti, yəni yüz illərdən bəri daşlara həkk olunmuş və mükəmməlliyi ilə diqqəti çəkən Xəttatlıq sənətidir. G.Bəydəmir 1995-ci ildə Türkiyəyə gedib. 2003-cü ildə Kamil Nazik adlı xəttatdan ilk dərsini alıb. Daha sonra dünya şöhrətli xəttat Davut Bektaşdan xətt sənətinin sirlərini öyrənməyə başlayıb.
2006-cı ildə İstanbulda keçirilən xətt yarışmasında “Ahmed-Muhammed” adlı əsəri ilə birinci mükafatı alıb. 2007-ci ildə Hz.Mövlanə xətt yarışmasında birincilik qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR