Bank Of Baku

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin 100 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçiriləcək

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin 100 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçiriləcək
# 29 oktyabr 2010 10:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın görkəmli kinorejissoru Hüseyn Seyidzadənin 100 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçiriləcək. Dövlət Film Fondunun binasında baş tutacaq anım mərasiminin noyabrın 3-də keçirilməsi nəzərdə tutulur. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, yubiley mərasimində Hüseyn Seyidzadənin həyat və yaradıcılığını əks etdirən foto sərginin təşkili də gözlənilir. Sərgidə eyni zamanda rejissorun bərpa olunmuş filmlərinin kino afişaları da nümayiş olunacaq. Ailə üzvlərinin də dəvət olunduğu xatirə tədbirində H. Seyidzadənin unudulmaz filmlərindən fraqmentlər də göstəriləcək.

Hüseyn Seyidzadə Azərbaycan kino tarixinə “Yenilməz batalyon”, “Qayınana”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Dəli kür”, “Var olun, qızlar” və bu kimi çoxsaylı filmlər bəxş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR