Bank Of Baku

Çexiyanın Azərbaycandakı səfiri ölkəsində keçirilən uşaq rəsm sərgisinin Azərbaycandan olan qaliblərinə mükafatlar təqdim edib - FOTO

Çexiyanın Azərbaycandakı səfiri ölkəsində keçirilən uşaq rəsm sərgisinin Azərbaycandan olan qaliblərinə mükafatlar təqdim edib - <font color=red>FOTO</font>
# 29 oktyabr 2010 14:18 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Çexiyanın Azərbaycandakı səfiri Radek Matula “Liditse-2010” beynəlxalq uşaq rəsm əsərləri sərgisinin Azərbaycandan olan qaliblərinə mükafatlar təqdim edib. APA-nın məlumatına görə, səfir bildirib ki, bu sərgi 1942-ci ildə Çexiyanın Liditse kəndində alman nasistləri tərəfindən öldürülən və hərbi münaqişələr nəticəsində ölən uşaqların xatirəsinə həsr olunub və 1967-ci ildən keçirilir.

Diplomat deyib ki, builki sərgiyə 16 mini xaricdən olan 25 min rəsm əsəri təqdim edilib. Azərbaycandan təqdim olunan 343 rəsmdən 11-i qalib seçilib. Azərbaycan Dövlət İncəsənət Gimnaziyasının şagirdi Lalə Eyvazova müsabiqənin ali mükafatı - “Liditsa qızılgülü” medali ilə, 10 nəfər isə fəxri fərmanlarla təltif olunub.

Mükafatları təqdim edən səfir uşaqları gələcək sərgilərdə də iştirak etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR