Bank Of Baku

Rus Dram Teatrının 90 illik yubileyi keçiriləcək

Rus Dram Teatrının 90 illik yubileyi keçiriləcək
# 02 noyabr 2010 12:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 90 illiyi dövlət səviyyəsində qeyd olunacaq. Bu barədə APA-ya məlumat verən teatrın direktoru Ədalət Hacıyev deyib ki, yubiley tədbiri dekabrın 21-də baş tutacaq. Həmin gün Azərbaycanın digər dövlət teatrlarının kollektivləri Rus Dram Teatrını təbrikə gələcəklər. Elə bu münasibətlə də həmin teatrların kollektivlərinin ifasında tamaşalardan parçaların nümayişi nəzərdə tutulur. Ə. Hacıyev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutacaq yubiley tədbirində MDB ölkələrinin tanınmış teatr xadimlərinin iştirakı da gözlənilir. Artıq yubiley tədbirində Rusiyanın tanınmış teatr xadimləri Nina Ruslanova, Spartak Mişulinin qızı Karina Mişulinin iştirakı dəqiqləşib. Rus Dram Teatrında yubiley tədbirinə ciddi hazırlıq işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR