Bank Of Baku

Səttar Bəhlulzadənin adını daşıyan Mərkəzi Sərgi Salonunun adı dəyişdirilib

Səttar Bəhlulzadənin adını daşıyan Mərkəzi Sərgi Salonunun adı dəyişdirilib
# 02 noyabr 2010 13:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin adını daşıyan Mərkəzi Sərgi Salonunun adı dəyişdirilib. APA-nın məlumatına görə, əsaslı təmir olunduqdan sonra sərgi salonuna “Qalereya 1969” adı verilib. Sərgi qalereya özəl olduğundan sərgi salonuna rəhbərlik edən Elçin Orucov qalereyaya öz istəyi ilə ad qoyub. E. Orucov APA-ya açıqlamasında buranın öz təsərrüfatı, özəl şirkəti olduğu üçün sərgi salonuna da arzuladığı adı qoyduğunu deyib: “1969-cu il Heydər Əliyevin hakimiyyətə gəldiyi tarixdir. Bunun şərəfinə də sərgi salonunu belə adlandırmışam”.

Qeyd edək ki, S. Bəhlulzadənin salonun giriş qapısının önündəki barelyefi də götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR