Bank Of Baku

Rəssam Sakit Məmmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTOSESSİYA

Rəssam Sakit Məmmədovun fərdi yaradıcılıq sərgisi açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 02 noyabr 2010 15:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qalereya-1969” sərgi salonunda əməkdar rəssam Sakit Məmmədovun fərdi sərgisinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Sakit Məmmədov deyib ki, sərgidə onun 75 əsəri nümayiş olunur. O bildirib ki sərgi daha əvvəl Avropa Parlamentində nümayiş etdirilib və sonra Bakıda da təşkili qərara alınıb: “Bu sərgi daha sonra Florensiya və San-Marinoda nümayiş olunacaq”. Rəssam əsərlərinin nümayişinin bir həftə davam edəcəyini söyləyib.
S. Məmmədovun sərgisində Azərbaycanda səfərdə olan Türkiyə müdafiə nazirinin həyat yoldaşı Sevim Könül də iştirak edib. Sevim xanım azərbaycanlı rəssamın əl işlərinin onu valeh etdiyini söyləyib.
Sərginin açılışında xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, xalq artisti Fərhad Bədəlbəyli, əmək artist Fidan Hacıyeva, Bəhram Bağırzadə və başqa tanınmış simalar iştirak edib.
Sərgidən əlavə tədbir iştirakçıları üçün Sakit Məmmədovun kataloqu 100 manata satışa çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR