Bank Of Baku

Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədov Monika Belluçinin portretini naturadan yaratmaq üçün İtaliyaya gedəcək

Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədov Monika Belluçinin portretini naturadan yaratmaq üçün İtaliyaya gedəcək
# 02 noyabr 2010 16:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədov yaxın vaxtlarda Monika Belluçinin portretini naturadan yaratmaq məqsədi ilə İtaliyaya gedəcək. Bununla bağlı APA-ya açıqlama verən rəssam bildirib ki, artıq dünya şöhrətli aktrisanın portretinin bir qismi hazırdır: “Bir müddət əvvəl mən portreti çəkməyə başlamışam. Portretin bir hissəsi hazır olsa da, onunla hələ canlı görüşməmişəm. Ancaq yaxın vaxtlarda görüşümüz olacaq. Bu əsərlə bağlı İtaliyada sərgim təşkil olunacaq. Sərgidən bir ay əvvəl isə mən İtaliyaya gedəcəm ki, bu əsəri naturadan çəkərək bitirim. Bu portret ilk əvvəl onun vətəni İtaliyada sərgilənəcək”.

S. Məmmədov deyib ki, sərgidə M. Belluçinin portretindən əlavə ona dünya şöhrəti gətirmiş əsərləri də nümayiş olunacaq. Həmin sərgidə Moni Belluçinin özü də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR