Bank Of Baku

İsveçdə yaşayan əcnəbi xalqların incəsənət festivalında Azərbaycanı “Araz” teatr-studiyası təmsil edəcək

İsveçdə yaşayan əcnəbi xalqların incəsənət festivalında Azərbaycanı “Araz”  teatr-studiyası təmsil edəcək
# 03 noyabr 2010 08:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Noyabrın 18-21-i arası İsveçdə yaşayan əcnəbi xalqların incəsənət festivalı (www.kulturiexil.se) keçiriləcək. Bu festivala Amerika, İsveçrə, Mərakeş, Seneqal, Tacikistan və başqa ölkələrdən olan, özündə incəsənətin müxtəlif növlərini əks etdirən yaradıcı qruplarla yanaşı Azərbaycandan “Araz” teatr-studiyası da dəvət alıb. Bu barədə APA-ya “Araz” teatr-studiyanın təsisçisi və direktoru Qurban İsmayılov məlumat verib. O bildirib ki, teatr-studiya bu festivalda İsveç yazarı Johakim Pirinnenin “Xoşbəxt ailə” pyesi əsasında səhnələşdirilən tamaşanı nümayiş etdirəcək. Tamaşa 18 noyabrda Höteborq şəhərinin Pustervik teatrının binasında göstəriləcək. Pyesi Azərbaycan dilinə tərcümə edənlər İsveçdə yaşayan həmvətənlərimiz Xuraman Cəfərova və Həsən Tamjididir. Tamaşanın quruluşçu rejissoru Hasan Tamjidi, tərtibatçı bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur. Tamaşada rolları əməkdar artist Dilarə Əliyeva, aktyorlar Günel Məmmədova, Rasim Cəfərov və Qurban İsmayılov ifa edirlər.
Qeyd edək ki, bu “Araz” teatr-studiyasının İsveçə ilk səfəri deyil. Belə ki, teatr-studiya ilk dəfə 2008-ci ildə İsveçin Stokholm, Höteborq, Linçöpinq şəhərlərində yaşayan həmvətənlərimiz qarşısında uğurla çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR