Bank Of Baku

Azərbaycan xalçaları haqqında mahnı yazılıb

Azərbaycan xalçaları haqqında mahnı yazılıb
# 03 noyabr 2010 09:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan xalçaları haqqında mahnı hazırlanıb. Mahnının sözləri əməkdar incəsənət xadimi Baba Vəziroğluna, musiqisi bəstəkar Kamala məxsusdur. Bu barədə APA-ya məlumat verən Baba Vəziroğlu mahnının üç xalq artisti - Nəzakət Teymurova, Aygün Bayramova və Mənsum İbrahimov tərəfindən ifa edildiyini bildirib: “İdeya dünyada peşəkar xalça mütəxəssislərindən biri hesab edilən, “Azərilmə” MMC-nin rəhbəri Vidadi Məmmədovla tanışlığımızdan sonra yarandı. Azərbaycanın maddi incilərini özündə tərənnüm edən musiqi və mətinlər çoxdur. Bu mövzuda nəğmə bizim tərəfimizdən yarandı. Mahnının musiqisi xalq mahnısı üslubunda Kamal müəllim tərəfindən yazılıb. İfalar da bu üslubdadır. “Azərbaycan xalçası” adlı kiçik musiqi əsəri bu dəyərli incinin tarixini, fəlsəfəsini, gözəlliyini, yarandığı bölgələri, dünyada şöhrətini əks etdirəcək. Harada Azərbaycan xalçası var, bu mahnı orada səslənəcək”.

B. Vəziroğlunun məlumatına görə, mahnıya yaxın günlərdə peşəkar heyətin iştirakı ilə klip çəkiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR