Bank Of Baku

Mənsum İbrahimovun yubiley tədbiri Ağdamda da keçiriləcək

Mənsum İbrahimovun yubiley tədbiri Ağdamda da keçiriləcək
# 03 noyabr 2010 12:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi münasibətilə növbəti tədbiri Ağdamda keçiriləcək. Bu barədə APA-ya məlumat verən Mənsum İbrahimov bildirib ki, bununla bağlı artıq Ağdam rayon İcra Hakimiyyətindən təklif gəlib: “Yubiley tədbiri Ağdamın işğal olunmamış hissəsində keçiriləcək. Tədbir yaxın günlərdə, təxminən bir həftədən sonra baş tutacaq. Mən Ağdamda, xüsusən də cəbhə bölgəsində bu tədbirin təşkil olunmasını çox vacib hesab edirəm. Çünki Ağdam da, erməni tapdağında olan digər rayonlarımız da əzəli Azərbaycan torpaqlarıdır”. Mənsum İbrahimov əlavə edib ki, yubiley tədbirlərinin sonu olaraq dekabrda Heydər Əliyev Sarayında solo konsert verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR