Bank Of Baku

ABŞ-ın tanınmış teatr mütəxəssisləri Azərbaycanda təcrübələrini bölüşəcək

ABŞ-ın tanınmış teatr mütəxəssisləri Azərbaycanda təcrübələrini bölüşəcək
# 03 noyabr 2010 16:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, 7-12 noyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Teatr Konfransında Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssislərinin, rejissor və dramaturqlarının, kulturoloqlarının iştirakı nəzərdə tutulur.

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belarus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Honq-Konq, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları var. Konfrans çərçivəsində Kanadanın teatr tənqidçisi Mişel Vais, ABŞ-ın teatr rəssamı İosif Yusupov, ABŞ-ın teatr tənqidçisi Piter Qoldfarb, ABŞ-ın teatr geyimi üzrə mütəxəssisi İrina Krujilina, ABŞ dramaturqu Rut Maqraff, ABŞ-ın plastika üzrə mütəxəssisi Roberto Varea, vokal ifaçılığı üzrə ABŞ-dan Rut Maqraffın məruzələri dinləniləcək. Ölkə başçısı İlham Əliyevin “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən keçiriləcək elmi-praktik konfransların iki ildən bir keçirilməsi nəzərdə tutulur. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərslərinin və treninqlərin keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR