Bank Of Baku

Akademik Opera və Balet Teatrında rus bəstəkarının musiqisi əsasında “Şəhrizad” baleti hazırlanır – FOTO

Akademik Opera və Balet Teatrında  rus bəstəkarının musiqisi əsasında “Şəhrizad” baleti hazırlanır – <font color=red>FOTO </font>
# 04 noyabr 2010 14:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.A.Rimski-Korsakovun musiqisi əsasında “Şəhrizad” baletinin quruluşu həyata keçirilir. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Akademik Opera və Balet Teatrında baletin quruluşu üzərində xalq artist i, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva və Ukraynanın xalq artisti, Ukrayna Dövlət Mükafatı laureatı Tatyana Borovik çalışır. Tamaşada əsas partiyanı – Şəhrizad rolunu teatrın aparıcı solisti, əməkdar artist Kamilla Hüseynova və gənc ulduz Elmira Mikayılova ifa edəcəklər. Tamaşanın dirijoru isə teatrın baş dirijoru, xalq artisti Cavanşir Cəfərovdur.
Qeyd edək ki, 1888-ci ildə qələmə alınmış “Şəhrizad” simfonik süitası rus simfonizminin zirvəsi və N.Rimski-Korsakovun yaradıcılığına məxsus ən dəyərli simfonik əsərlərdən biri sayılır. Əsər çox populyar olub, dünyanın ən mötəbər orkestrləri tərəfindən hər zaman ifa olunur. Balet 1910-cu ildə məşhur xoreoqraf Mixail Fokin tərəfindən həyata keçirilmiş klassik quruluş əsasında səhnəyə qoyulacaq. Bu quruluş Rusiya Akademik Böyük Teatrı, Sankt-Peterburqun Mariinski Teatrı və Kiyev Milli Opera və Balet Teatrında müvəffəqiyyətlə nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR