Bank Of Baku

Ukrayna milli televiziyasının birinci kanalında “Cavad xan” bədii filmi Ukrayna dilində nümayiş etdirilib

Ukrayna milli televiziyasının birinci kanalında “Cavad xan” bədii filmi Ukrayna dilində nümayiş etdirilib
# 04 noyabr 2010 15:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ukrayna milli televiziyasının (UMT) birinci kanalında “Bizim kino” studiyasında istehsal edilən “Cavad xan” bədii filmi (rejissor Rövşən Almuradlı) Ukrayna dilində nümayiş etdirilib. APA-nın məlumatına görə, film Ukrayna dilinə Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən tərcümə edilib. UMT yaxın gələcəkdə öz tamaşaçılarını Azərbaycan kinematoqrafçılarının müxtəlif illərdə çəkdiyi digər filmlərlə də tanış etməyi planlaşdırır.

Qeyd edək ki, “Cavad xan” filminin rejissoru Rövşən Almuradlı, ssenari müəllifi Sabir Rüstəmxanlı, bəstəkarı Sərdar Fərəcovdur. Rolları Nuriyyə Hüseynova, Nurəddin Mehdixanlı, Ramiz Novruzov, Əli Nur, Amaliya Pənahova, Ramiz Məlikov və başqaları oynayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR