Bank Of Baku

Tofiq Quliyevin doğum günü ilə əlaqədar anım tədbiri keçirilib – FOTO

Tofiq Quliyevin doğum günü ilə əlaqədar anım tədbiri keçirilib – <font color=red>FOTO </font>
# 05 noyabr 2010 12:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycanın xalq artisti, bəstəkar Tofiq Quliyevin anım tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Tofiq Quliyevin həyat və yaradıcılığından danışıb, mərhum bəstəkarın ömrünün uzun illərini Bəstəkarlar İttifaqında keçirdiyini bildirib. O, T. Quliyevin Azərbaycan bəstəkarlıq məktəbində danılmaz xidmətlərinin olduğunu qeyd edib və onun bəstələrinin hər bir insanın beyninə həkk olunduğunu vurğulayıb.
Tədbirdə çıxış edən bəstəkarın oğlu, kinorejissor Eldar Quliyev deyib ki, Tofiq Quliyevin anadan olma tarix noyabrın 7-də qeyd olunub, ancaq bəstəkarın anası oğlunun noyabrın 5-də anadan olduğunu deyib.

Çıxışlardan sonra Eldar Quliyevin Tofiq Quliyevə həsr olunmuş filmi nümayiş olunub.
Tədbir Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda “Müasirlərlə dialoq” layihəsi çərçivəsində baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR