Bank Of Baku

Türkiyənin Sivas vilayətində V Beynəlxalq Aşıq Bayramı keçiriləcək

Türkiyənin Sivas vilayətində V Beynəlxalq Aşıq Bayramı keçiriləcək
# 05 noyabr 2010 13:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin Sivas vilayətində V Beynəlxalq Aşıq Bayramı keçiriləcək. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, üç gün davam edəcək Aşıq Bayramında Azərbaycan aşıqları da iştirak edəcək. 1931-ci ildən keçirilən Beynəlxalq Sivas Aşıq Bayramına ümumilikdə 57 aşıq qatılacaq. Bayramda Azərbaycandan 2, İraqdan 1, Qazaxıstan 1, Sivas kənarından 20, eyni zamanda digər şəhərlərdən də aşıqların iştirakı nəzərdə tutulur. Hazırlığı üç ay davam edən Aşıq Bayramı noyabrın 8-də yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR