Bank Of Baku

Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti pisləşib, aktyor xəstəxanaya yerləşdirilib

Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti pisləşib, aktyor xəstəxanaya yerləşdirilib
# 06 noyabr 2010 18:00 (UTC +04:00)
O bu gün günün ikinci yarısında “Medi Club” xəstəxanasına yerləşdirilib. Aktyorun çalışdığı Azərbaycan Milli Akademik Dram Teatrının direktoru İsrafil İsrafilov APA-ya bildirib ki, Y. Nurinin qızı Ülkərlə əlaqə saxlayıb. Ülkər atasının təzyiqinin qalxdığını, orqanizmində digər fəsadların baş qaldırdığını deyib.

Hazırda həkimlər aktyorun səhhətində yaranmış problemin aradan aldırılmasına çalışırlar. Ailə üzvləri və aktyor dostları da xəstəxanadadırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR