Bank Of Baku

Tiflisdə keçirilən MDB ölkələrinin ilk kino festivalının yekunları barədə iştirakçılar öz təəssüratlarını açıqlayıblar - FOTOSESSİYA

Tiflisdə keçirilən MDB ölkələrinin ilk kino festivalının yekunları barədə iştirakçılar öz təəssüratlarını açıqlayıblar - <font color=red>FOTOSESSİYA</font>
# 08 noyabr 2010 12:44 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə "RİA Novosti"nin beynəlxalq mətbuat mərkəzində Gürcüstan paytaxtında noyabrın 8-dək davam edən Rusiya və digər MDB ölkələrinin ilk kino festivalının yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, festival MDB ölkələri Humanitar Əməkdaşlıq Dövlətlərarası Fondunun dəstəyi, Tiflis İncəsənət və Mədəniyyətlərarası Beynəlxalq Fondun və Moskvanın Kino Proses Prodüser Mərkəzinin təşkilatçılığı baş tutub. Bu gün festivala həsr olunan mətbuat konfransını festivalın proqram direktoru Vyaçeslav Şmırov açaraq ilk kino festivalın yekunlarını və təəssüratlarını açıqlayıb. Sonra Mətbuat konfransında iştirak edən kinematoqrafçılar, rejissor və artistlər, publisistlər, prodüser və kinoşünaslardan prodüsser Serqey Selyanov, rejissorlardan Aleksandr Proşkin, Vitali Manski, Aleksey Fedorçenko, Katya Şaqalova, Giya Bazqadze və başqaları çıxış edərək tədbirin böyük bir bayram kimi keçdiyini qeyd ediblər. Rus kinematoqrafçıları bu festivalı mistik hadisə adlandırıblar.

APA-nın məlumatına görə, festivalda 28 kinofilm nümayiş etdirilib. Festivalın prezidenti SSRİ xalq artisti, kinorejissor Eldar Ryazanov olub. Festivalın keçirilməsi ideyasını Rusiya prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy dəstəkləyib. Mətbuat konfransında festival iştirakçıları təəssüratlarını jurnalistlərlə bölüşüblər.

Kinoaktrisa, "Novaya qazeta "qəzetinin əməkdaşı Larisa Malyukova: “Mən ilk dəfədir ki, Gürcüstanda oluram. Təəssüratlarım böyükdür. Mən deyilənləri təkrar etmək istəmirəm. Biz gələcəyə nikbin baxmalıyıq. Komanda çox balaca olmağına baxmayaraq, tədbir çox professional şəkildə, komfortla təşkil edilmişdi. Tamaşaçılar nümayiş etdirilən hər kinoya çox diqqətlə və emosiya ilə baxırdılar. Hiss edilirdi ki, hamının məsuliyyət hissi var. Mənə elə gəlir ki, buna görə, sağ ol demək lazımdır."

Rus rejissoru Aleksandr Proşkin: "Sözsüz ki, həyəcan da var idi. Biz tamamilə başqa şey gördük. Sanki başqa bir dünyaya düşmüşdük. Sovet dönəminin Tiflisi artıq yox idi. Biz başa düşə bilmirdik; bu Avropadır, ya Gürcüstan. Hər yer təmiz və gözəl idi. Küçələrdə əhali sakit və şəstlə hərəkət edirdilər. Elə bil ki, biz əsil həyatı görürdük. İndi isə geri qayıtmalıyıq, yaşamaq uğrunda mübarizə aparmaq üçün. Mənə görə, bu səfər səadətdir".

Festival iştirakçıları qeyd ediblər ki, tədbirin təşkili xalq diplomatiyasına uğur gətirəcək.

Qeyd edək ki, Gürcüstan paytaxtındakı "Rustaveli" kinoteatrında keçirilən festivalda Azərbaycanın görkəmli kinorejissoru Vaqif Mustafayevin çəkdiyi "Milli bomba" əsəri nümayiş etdirilib.

Festivalın proqram direktoru Vyaçeslav Şmırov APA-ya açıqlamasında bildirib ki, tədbirdə MDB ölkələrindən də kinofilmlər, o cümlədən bu gün Azərbaycandan rejissor Vaqif Mustafayevin "Milli bomba" əsəri nümayiş etdirilib. Əsərdə baş rolu gürcü artisti Avtandil Maxaradze ifa edir: “Çox təəssüf edirəm ki, bu gün filmin rejissoru Vaqif Mustafayev bizimlə deyil. Ukraynadan da, Özbəkistandan da digər rejissorlar gəlməli idilər. Biz onlara tədbir barədə gec məlumat vermişdik. Amma mənə çox fərəhli gəldi ki, Vaqif Mustafayevin filmi sanki bu tədbir üçün çəkilib. Bir də mənə elə gəldi ki, elə bil ki, yenə əvvəlki ümumi mədəni meydança saxlanılır. Bu tədbirlər bizi birləşdirir."
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR