Bank Of Baku

XVII Minsk Beynəlxalq “Listopad” kino festivalında azərbaycanlı rejissor münsiflər heyətində təmsil olunur

XVII Minsk Beynəlxalq “Listopad” kino festivalında azərbaycanlı rejissor münsiflər heyətində təmsil olunur
# 08 noyabr 2010 13:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 5-dən Minskdə start götürən XVII Minsk Beynəlxalq “Listopad” kino festivalında azərbaycanlı rejissor Rodion İsmayılov münsiflər heyətində təmsil olunur. APA-nın festivalın rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, festivalın münsiflər heyəti Avropa Kino Akademiyasının üzvü, rejissor Şarunas Bartas, Polşadan ssenarist Yanuş Kiyovski, rusiyalı aktrisa Yelena Koreneva, SSRİ dövlət mükafatı laureatı, operator Tatyana Loqinova, Rusiyanın Kulturologiya İnstitutunun direktoru Kirill Razloqov, Belarusdan kino-tənqidçisi Lyudmila Saenkova, Ukraynadan ssenarist Natalya Vorojbitdən ibarətdir. Azərbaycan eyni zamanda festival çərçivəsində keçirilən beynəlxalq müsabiqədə də iştirak hüququ qazanıb. Festivalda Azərbaycanı rejissor Rodion İsmayılovun “Köç yeri” (“Кочевье”) filmi təmsil edəcək. Bu müsabiqədə Azərbaycanla yanaşı, 23 ölkədən filmi bu nominasiya uğrunda mübarizə aparır. Minsk Beynəlxalq “Listopad” festivalında dünyanın bir çox ölkələrində istehsal olunan filmlər, eləcə də Gürcüstan, Rumıniya, Bolqarıstan, Qırğızıstan, Belarus, Polşa, Ukrayna, Rusiya, Uruqvay, Almaniya, Avstraliya, Belarus, Serbiya , Litva, Slovakiya ekran işləri qatılmaq imkanı əldə ediblər.

Festival noyabrın 12-də öz işini yekunlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR