Bank Of Baku

Muzey Mərkəzində Azərbaycan rəssamlarının “X nöqtəsi...” adlı sərgisinin açılışı keçirilib – FOTOSESSİYA

Muzey Mərkəzində Azərbaycan rəssamlarının “X nöqtəsi...” adlı sərgisinin açılışı keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 08 noyabr 2010 15:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Muzey Mərkəzində Azərbaycan rəssamlarının “X nöqtəsi...” adlı sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva bildirib ki, sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla Nəsibova, Zərnişan Alqayeva, Ramina Saadatxan, Rəşad Babayev, Fərhad Qalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdiyev, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Hüseyn Bağırov, Nazim Şah və Gündüz Ağayevin əsərləri nümayiş etdirilir: “On il bundan əvvəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaradılması Azərbaycan rəssamlarının sırasına bir çox istedadlı gənclərin qatılmasına səbəb olub. Akademiyanın, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları bir çox sərgilərdə uğurlar iştirak edərək öz istedadlarını, bilik və bacarıqlarını nümayiş etdiriblər”. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov bildirib ki, bu sərginin keçirilməsində məqsəd artıq gənclik dövrünü başa vuraraq sənət yollarında müstəqil surətdə uğurla addımlayan bir qrup perspektivli rəssamın yaradıcılığına dəstək vermək, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim etməkdir: “Adları qeyd edilən rəssamlar ciddi cəhdlə irəli getməyə, daha böyük uğurlara nail olmağa çalışırlar. Konsepsiyaya görə sənətin uca zirvəsi bu rəssamlar üçün hələ tam şəkildə aydın deyil. Onlar yaradıcılıq axtarışındadırlar. Daim öz üzərilərində işləyərək irəliyə gedirlər. Lakin onların çatmaq, dayanıb-durmaq istədikləri nöqtə hələlik məchuldur”.

Sərginin nümayişi noyabrın 14-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR