Bank Of Baku

Əfsər Cavanşirovun 80 illiyinə həsr edilən xatirə gecəsi keçirilib

Əfsər Cavanşirovun 80 illiyinə həsr edilən xatirə gecəsi keçirilib
# 08 noyabr 2010 15:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun 80 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bəstəkarın həyat və yaradıcılığına nəzər salıb, onun 7 simfoniya, poemalar, akapella xoru üçün əsərlər, uşaq xoru üçün əsərlər və digər musiqilərin müəllifi olduğunu deyib. Tədbirdə tanınmış mədəniyyət xadimləri, bəstəkarlar Əfsər Cavanşirovun Azərbaycan bəstəkarlıq məktəbindəki danılmaz xidmətlərindən danışıblar.

Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Bənövşə” Uşaq Xorunun ifasında bəstəkarın “Mübarək”, “Oyun, oyuncaqlarım, “Qurban olum”, “Azərbaycan”, “Olmasın”, “Əziz şəhərim”, “Lalə” əsərləri səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR