Bank Of Baku

Nazir: “Akademik Milli Dram Teatrının aktyorlarının müsabiqəsini keçirəcək komissiyanın tərkibi artıq məlumdur”

Nazir: “Akademik Milli Dram Teatrının aktyorlarının müsabiqəsini keçirəcək komissiyanın tərkibi artıq məlumdur”
# 09 noyabr 2010 11:18 (UTC +04:00)
Sonradan hansı tamaşalar qoyulacaqsa, həmin tamaşalara uyğun rejissor və aktyorların yenidən qəbul olunması müqavilə əsasında həyata keçiriləcək”. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, ümumiyyətlə, dünya teatrları müqavilə əsasında işləyir. Çünki rejissorların dünyagörüşlərində fərqlilik olur. Nazir hesab edir ki, hər tamaşanın iki truppası olmalıdır: “Məsələn, hansısa bir aktyor zədə alanda ona görə tamaşa ləngiməsin”.

Ə. Qarayev deyib ki, bütün teatr kollektivləri işlə təmin olunacaq: “Sözsüz ki, pislər kənarda qalacaq. Buna təəccüblənmək lazım deyil. Bu proses başlanılır. Biz bu islahatlara gedirik. İslahatların da əsas məqsədi Azərbaycan teatr sənətinin səviyyəsini qaldırmaqdır”.

Nazir deyib ki, Akademik Milli Dram Teatrının aktyorlarının müsabiqəsini keçirəcək komissiyanın tərkibi artıq məlumdur. Komissiyaya nazir müavini rəhbərlik edir: “Hər şey ədalətli olacaq. Tam əminəm ki, komissiya sədri düzgün qərar qəbul edərək, çox maraqlı nəticələr əldə edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR