Bank Of Baku

Azərbaycanda “qaçqın teatrları”nda da təmir işləri aparılacaq

Azərbaycanda “qaçqın teatrları”nda da təmir işləri aparılacaq
# 09 noyabr 2010 11:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Hazırda Sumqayıt Dövlət Teatrında təmir işləri aparmaq üçün layihə-smeta sənədləri hazırlanır. APA-nın xəbərinə görə, bu barədə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev növbəti təmir işlərinin Şəki Teatrında aparılacağını deyib.

Nazir artıq Lənkəran və Naxçıvan teatrlarının binalarının təmir olunduğunu bildirib. O əlavə edib ki, bu proses davam edəcək. Nazirlik “qaçqın teatrları”nda da təmir işlərinin aparmağı və onların texniki bazasını gücləndirməyi nəzərdə tutur: “Qaçqın teatrı”nda da peşəkar qrup və aktyorlar var. Burada yüksək səviyyəli, peşəkar tamaşalar hazırlanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR