Bank Of Baku

Azərbaycanın xalq artisti Yaşar Nuri bu gün Türkiyəyə aparılacaq

Azərbaycanın xalq artisti Yaşar Nuri bu gün Türkiyəyə aparılacaq
# 09 noyabr 2010 12:23 (UTC +04:00)
Bu barədə APA-ya 1 saylı Şəhər Klinik Xəstəxananın anesteziologiya və reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev məlumat verib.

Onun sözlərinə görə, artıq Bakıda olan Türkiyənin Memorial Xəstəxanasının iki həkimi xəstəni müayinə edərək, müalicənin gedişindən razı qalıblar: “Onlar burada bizim etdiyimiz müalicənin düzgün olduğunu dedilər. Sadəcə, iki il öncə Memorial Xəstəxanasında qara ciyərində transplantasiya əməliyyatı aparıldığı üçün onlar Yaşar müəllimi Türkiyədə müayinə etmək üçün bizdən icazə istədilər və biz də etiraz etmədik”.

R.Cəfərquliyev qeyd edib ki, Yaşar Nuri bu gün özünü daha yaxşı hiss edir: “Vəziyyətinin yaxşı olması ona uzaq yola çıxmaqda problem yaratmır. Ona görə də Türkiyəyə getməsinə etiraz etmirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR