Bank Of Baku

Azərbaycanın xalq artisti Yaşar Nuri Türkiyəyə aparılıb

Azərbaycanın xalq artisti Yaşar Nuri Türkiyəyə aparılıb
# 10 noyabr 2010 07:45 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında 1 saylı Şəhər Klinik Xəstəxananın anesteziologiya və reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev məlumat verib: “Türkiyənin Memorial Xəstəxanasının iki həkimi Yaşar Nurinin səhhətindəki problemlərlə əlaqədar Azərbaycana gəlmişdi. Dünən axşam onlar Yaşar müəllimi Türkiyəyə apardılar. Biz xəstəni kritik vəziyyətdən çıxartdıq, sadəcə, həkimlər onu yenidən müayinə etmək üçün özləri ilə apardılar”. R. Cəfərquliyev Yaşar Nurinin nə zaman Vətənə qayıdacağından xəbərsiz olduğunu da qeyd edib.

Qeyd edək ki, xalq artisti Yaşar Nuri iki il öncə Türkiyənin Memorial Xəstəxanasında qara-ciyər transplantasiya əməliyyatı keçirib. Bu ilin noyabrın 6-da isə Yaşar Nurinin təzyiqi qəflətən qalxıb və o xəstəxanaya yerləşdirilib. Xalq artistinə hipertonik-krizis diaqnozu qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR