Bank Of Baku

Azərbaycanın “Miras” sənədli filmi Rusiyada keçiriləcək beynəlxalq kinofestivalda iştirak edəcək - FOTO

Azərbaycanın “Miras” sənədli filmi Rusiyada keçiriləcək beynəlxalq kinofestivalda iştirak edəcək - <font color=red>FOTO</font>
# 10 noyabr 2010 08:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi noyabrın 11-dən 14-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək 13-cü beynəlxalq Dobaşirfilm kinofestivalında iştirak edəcək. Fariz Əhmədovun APA-ya verdiyi məlumata görə, əsas müsabiqə bölməsində mükafat uğrunda mübarizə aparacaq film noyabrın 11-i nümayiş olunacaq. Festivalın müsabiqə bölməsində mükafatlar uğrunda 33 ölkənin 50-dən artıq filmi mübarizə aparacaq.
Xatırladaq ki, “Miras” sənədli filmi oktyabr ayında Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında “Kinematoqrafiya sənətinə sədaqətə görə” diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə, “Maarif” diplomuna layiq görülüb. Qeyd edək ki, Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə, SSRİ dövlət mükafatı laureatı A.A. Proşkinin emalatxanasında təhsil alır.
Filmin ssenari müəllifi – Esmira Eyub, quruluşçu operatoru Fərid Bağırov, səs rejissoru Elşən Aslanzadədir. Filmin prodüserləri Rəşad Qasımov və Zakir Musayvedir.
Xatırladaq ki, film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub və artıq bu ilin sonunadək bir neçə nüfuzlu kinofestivala dəvət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR