Bank Of Baku

Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Azərbaycan teatr portalı layihəsinin təqdimatı keçirilib - FOTO

Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Azərbaycan teatr portalı layihəsinin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 10 noyabr 2010 15:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Azərbaycan teatr portalının pilot layihəsinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, portalı “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov festival iştirakçılarına təqdim edib və Azərbaycanın bütün teatrlarını əks etdirəcək portal haqqında məlumat verib: “İlk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə böyük Azərbaycan teatrı portalı hazırlanır. Bu portal üç dildə - Azərbaycan, rus və ingilis dilində istifadəyə veriləcək”.
Onun sözlərinə görə, bütün dünyadakı teatrsevərlər bu portal vasitəsi ilə əsərlərlə, tamaşalarla tanış olmaq imkanı əldə ediləcək. T. Məmmədov qeyd edib ki, portalda “O olmasın, bu olsun”, “Koroğlu” operasından, “Yeddi gözəl” baletindən nümunələr də yer alacaq. Veb-sayt teatr haqqında bütün dünya üçün məlumat kitabçası olacaq: “Portalda virtual ekspozisiya olacaq. Hər bir maraqlanan şəxs bir saat ərzində Azərbaycan teatrı haqqında məlumat edə biləcək. Bir ildən sonra böyük layihənin təqdimatını etmək fikrindəyik”.

Portalın pilot layihəsinin təqdimatından sonra Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 8-də start götürən Bakı Beynəlxalq Teatr Konfransının bağlanış mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev teatr festivalının əhəmiyyətindən söz açıb. Konfransda 30-a yaxın ölkənin 70-dən çox teatr mütəxəssisi iştirak edib. Noyabrın 11-i və 12-də isə festival çərçivəsində növbəti seminar və mühazirələrin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR