Bank Of Baku

Azərbaycanda Ümumdünya Teatr Assosiasiyasının nümayəndəliyi açılacaq

Azərbaycanda Ümumdünya Teatr Assosiasiyasının nümayəndəliyi açılacaq
# 10 noyabr 2010 16:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azərbaycanın “Leyli və Məcnun” operasına baxıb heyran olmuşam. Tənqidi nöqteyi-nəzərdən bu opera haqqında heç nə deyə bilmərəm. Əgər tənqidçi hansısa bir tamaşa haqqında şərh verirsə, onu araşdırmalı, bir çox operalara baxmalı və müqayisələr aparmalıdır”. Bunu APA-ya açıqlamasında Azərbaycanda keçirilən I Bakı Beynəlxalq Teatr Festivalında iştirak edən Ümumdünya Teatr Tənqidçiləri Assosiasiyasının katibi, kanadalı teatr tənqidçisi Mişel Vais deyib.

Mütəxəssis bildirib ki, təmsil etdiyi assosiasiya 55 il öncə yaradılıb və hazırda bir çox ölkələrdə nümayəndəlikləri var. O, səfər çərçivəsində assosiasiyanın Azərbaycanda nümayəndəliyinin yaradılması ilə bağlı danışıqlar aparıb: “Assosiasiyanın prezidenti çinlidir, həm gənc tənqidçilər, həm də orta yaşlı tənqidçilərlə məşğul olur. Gənc tənqidçilərə xüsusi maraq ayrılır. Çox istərdik ki, Azərbaycanda assosiasiyamızın nümayəndəliyini açaq”.

Kanadalı qonaq Azərbaycan keçirilən beynəlxalq konfransı yüksək qiymətləndirib və Bakıda ilk dəfə olmasına baxmayaraq, şəhəri çox sevdiyini dilə gətirib: “Konfransın əhəmiyyəti ondan ibarətdir ki, burada bütün dünyadan çox tanınmış teatr tənqidçiləri, rəssamlar, akademik və professorlar iştirak edir, öz fikirlərini bölüşürlər”. Azərbaycan teatrı haqqında çox da məlumatlı olmadığını deyən M.Vais bundan sonra maraqlı və ətraflı məlumatlar toplayacağını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR