Bank Of Baku

Azərbaycan teatr sahəsində Çinlə əməkdaşlıq edəcək

Azərbaycan teatr sahəsində Çinlə əməkdaşlıq edəcək
# 10 noyabr 2010 16:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan teatrı Çin Milli Dram Akademiyası ilə əməkdaşlıq edəcək.

Bunu APA-ya açıqlamasında Azərbaycanda səfərdə olan Çin Teatr Akademiyasının professoru, Çində teatrla bağlı nəşr olunan jurnalın baş redaktoru Lin Shan deyib.

Çinli teatr mütəxəssisi Azərbaycan teatrları ilə əməkdaşlığı arzuladıqlarını dilə gətirib: “Əlbəttə ki, Çin Milli Dram Akademiyası, eyni zamanda Çin Mədəniyyət Nazirliyi Azərbaycandakı həmkarlarımızla əməkdaşlıq etməyi çox arzulayır. Bu əməkdaşlıq həm də teatr sahəsindəki professorlar, müəllimlərin mübadiləsini əhatə edəcək. Teatrların inkişafı üçün aktyorların mübadiləsinin həyata keçirmək mütləqdir. Azərbaycan teatrlarında xaricdən aktyorların gətirilməsi lazımdır”.

Lin Shan Azərbaycanda keçirilən I Bakı Beynəlxalq Teatr Festivalını digər həmkarları kimi yüksək qiymətləndirdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR