Bank Of Baku

Bəstəkarlar İttifaqında Müslüm Maqomayevin 125 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Bəstəkarlar İttifaqında Müslüm Maqomayevin 125 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
# 11 noyabr 2010 12:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ)konfrans zalında Azərbaycan peşəkar musiqisinin banilərindən olan görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Müslüm Maqomayevin 125 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə görkəmli bəstəkarın həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinin inkişafındakı müstəsna xidmətlərindən söhbət açıb: “Biz hər il Milli Musiqi Günündə dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli ilə yanaşı Müslüm Maqomayevin də doğum gününü qeyd edirik. Sanki tale bu iki insanı doğulan gündən əbədi dostluq telləri ilə bağlayıb. Üzeyir bəy Sankt-Peterburqda oxuduğu illərdən məhz Müslüm Maqomayevə arxalanıb, ondan kömək umub. Bunu biz Üzeyir bəyin vaxtilə ona yazdığı məktublardan yaxşı bilirik. Belə rəqabətdən uzaq, səmimi dostluq münasibətləri yaradıcı insanlar arasında nadir hallarda olub. Hər ikisi Azərbaycan mədəniyyətinin böyük sərvəti idilər”.
O bildirib ki, Azərbaycanda musiqi kollektivlərinin yaranmasında Müslüm Maqomayevin böyük rolu olub. ABİ-nin katibi, xalq artisti Ramiz Zöhrabov “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev məsləkdaşları” mövzusunda çıxış edib. Tədbirdə, həmçinin “Müslüm Maqomayevin yaradıcılıq irsi tarixi sənədlərdə və arxiv materiallarında”, “Müslüm Maqomayevin vokal yaradıcılığında musiqi ilə poeziyanın obraz uyğunluğu” mövzusunda məruzələr də dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR