Bank Of Baku

Azərbaycan Dövlət Filarmoniyasında Luçano Pavarottinin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTOSESSİYA

Azərbaycan Dövlət Filarmoniyasında Luçano Pavarottinin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 12 noyabr 2010 07:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli opera müğənnisi Luçano Pavarottinin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib. APA-nın məlumatına görə, konsertdə əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dirijoru Viktor Plaskinanın rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsertdə azərbaycanlı tenorlarla yanaşı, məhz bu konsert üçün Bakıya gələn italyan və rus sənətçiləri də səhnəyə çıxıb. Onların arasında italyan tenor Danilo Formajjo, Brüssel Operasının solisti Svetlana Sozdatelyeva, Minsk Operasının solisti Alla Plaskina və gənc
Azərbaycan baritonu İlham Nəzərov da olub. Luçano Pavarottinin yubiley konsertində tamaşaçı qismində çoxsaylı yerli və xarici qonaqlar da iştirak edib.

Xatırladaq ki, Luçano Pavarotti XX əsrin görkəmli opera müğənnilərindən olub. Əslən italyan olan Luçano Pavarotti Şimali və Cənubi Amerika, Asiya, Afrika, Avropa və Avstraliyada dəfələrlə konsert proqramları ilə çıxış edib. Ömrünün son illərində tenor doğulduğu Modena şəhərində gənc ifaçılar yetişdirən musiqi məktəbi açıb. Opera əfsanəsi sayılan məşhur tenor ifaçı demək olar ki, hər il ənənəvi olaraq, “Pavarotti və dostları” adlı silsilə xeyriyyə konsertləri verib. Luçano Pavarotti 2007-ci ilin sentyabrında doğma şəhəri Modenada 72 yaşında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR