Bank Of Baku

“Arzular qanadında” adlı uşaq konsertinin əsas məşqi keçirilib

“Arzular qanadında” adlı uşaq konsertinin əsas məşqi keçirilib
# 12 noyabr 2010 15:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 14-də Heydər Əliyev Sarayında uşaqlar üçün keçiriləcək “Arzular qanadında” adlı konsertin əsas məşqi keçirilib. APA-nın məlumatına görə, konsertin baxışında sarayın rəhbərliyi də iştirak edib. Məşqdə konsertdə çıxış edəcək azyaşlı istedadlar nümayiş etdirəcəkləri nömrələri təqdim ediblər. Sarayın mətbuat katibi Anar Fərəczadə deyib ki, noyabrın 14-də maraqlı konsert proqramı təqdim olunacaq: “Bu konsertə xüsusi hazırlaşırıq. Çünki həmin gün azyaşlı tamaşaçılarımıza mükəmməl və yüksək səviyyəli proqram təqdim etmək niyyətindəyik. Bu konsertin yaddaqalan və bol sürprizlərlə keçməsinə çalışırıq. Hazırlanan proqram əsasında da həmin gün Heydər Əliyev Sarayına təşrif buyuracaq tamaşaçılar çox sürprizlərin şahidi olacaqlar”.

Konsertdə “Çiçəyim” Uşaq Teatrı, “Səyyah”, “Azəri inciləri”, “Şənlik” rəqs kollektivləri iştirak edəcək. Eləcə də seyrçilər üçün xüsusi lazer şousu təşkil olunacaq. Sarayın təşəbbüsü ilə keçirilən hər konsertdə olduğu kimi, bu tədbirdə də uşaq evlərinin sakinləri, eləcə də əlil azyaşlılar üçün yer ayrılacaq. Biletlərin qiyməti 3 manatdan 10 manata qədərdir. A. Fərəczadə onu da deyib ki, bu konsertə paytaxt əhli çox maraq göstərir və satışda biletlər az sayda qalıb.

Qeyd edək ki, “Arzular qanadında” adlı konsertinin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR