Bank Of Baku

Çarli Çaplinin nəvəsi Aureliya Çaplin Azərbaycan tamaşaçısı tərəfindən ayaqüstə alqışlanıb - FOTO

Çarli Çaplinin nəvəsi Aureliya Çaplin Azərbaycan tamaşaçısı tərəfindən ayaqüstə alqışlanıb - <font color=red>FOTO</font>
# 13 noyabr 2010 07:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dünya şöhrətli aktyor Çarli Çaplinin nəvəsi Aureliya Çaplin noyabrın 12-də Bakı səhnəsində uzun müddət yaddaşlardan silinməyəcək tamaşa ilə çıxış edib. APA-nın məlumatına görə, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa “Aureliyanın oratoriyası” adlanır. Tamaşanın quruluşçu rejissoru, konsepsiya müəllifi və səhnə tərtibatçısı Çarli Çaplinin qızı - Aureliyanın anası Viktoriya Tyeredir. Tamaşada Aureliya Çaplinin tərəfmüqabili qismində Jemi Martinos çıxış edib. Tamaşanın texniki direktoru və quruluş hissə müdiri Gerd Valter, işıq üzrə rejissor Roberto Riger, səs üzrə rejissor Nikolya Lazzaro, səhnə hərəkətləri üzrə quruluşçu Polin Breyton, Oreli Quen və Monika Shvatsidir. Tamaşanın istehsalatı Fransanın “Balaca” saat şirkətinə məxsusdur. “Yeni sirk” janrına aid edilən, teatr və sirk elementlərinin sintezindən ibarət olunan tamaşada klounada, sirk tryukları, illüzionizm, rəqs, pantomim və kukla teatr elementləri yer alıb. Söz, danışıq olmayan bu tamaşanı hamı başa düşə bilər. Azərbaycanda ilk dəfə çıxış edən yaradıcı heyət 1 saat 15 dəqiqəlik tamaşa ilə tamaşaçıları heyran edib. Səhnədə aktyorların maraqlı və çox çətin hərəkətləri seyrcilərin marağına səbəb olub. Tamaşa boyunca aktyorların heyrətamiz çıxışları alqışlarla müşayiət olunub. Tamaşa müddətində video və foto çəkilişinə 10 dəqiqə icazə verilib. Aureliya Çaplin çəkilişə etiraz etməsə də, onun tərəf-müqabili Jemi səhnədə çəkilməsinə razı olmayıb. Onun heç bir çıxışı lentə alınmayıb. Nümayişdən sonra tamaşanı izləyən Azərbaycanın tanınmış teatr və kino xadimləri tamaşadan böyük zövq aldıqlarını bildiriblər.

“Aureliyanın oratoriyası” tamaşasının nümayişi ilə Bakıda Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək Yolu” mərhələsi start götürüb. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı,“Procent” şirkəti, həmçinin Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalda Fransa, Kanada və Belarus teatr kollektivlərinin çıxış edəcək. Eyni tamaşa noyabrın 13-ü və 14-də də eyni səhnədə nümayiş olunacaq. Festivalın proqramına daxil olan digər iki tamaşa Belarusun “Toy”, Kanadanın “Yağış” tamaşalarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR