Bank Of Baku

Heydər Əliyev Sarayında “Arzular qanadında” adlı konsert proqramı uğurla baş tutub – FOTOSESSİYA

Heydər Əliyev Sarayında “Arzular qanadında” adlı konsert proqramı uğurla baş tutub – <font color=red> FOTOSESSİYA </font>
# 16 noyabr 2010 11:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında təşkil olunan uşaqlar üçün “Arzular qanadında” adlı konsert proqramı uğurla baş tutub. APA-nın məlumatına görə, müqəddəs Qurban Bayramı ərəfəsində keçirilən konsert proqramı azyaşlı izləyicilərin marağına səbəb olub. Heydər Əliyev Sarayının təşəbbüsü ilə vaxtaşırı həyata keçirilən bu tipli tədbirlər hər dəfə olduğu kimi bu dəfə də anşlaqla baş tutub. Saraya təşrif buyuran balacalara maarifləndirici xarakterli hədiyyələr, müxtəlif heyvanların oyuncaqları verilib. Eləcə də Heydər Əliyev Sarayının səhnəsində quraşdırılan Led ekranda maraqlı animasiya filmlərinin (“HD” formatında) nümayişi təşkil olunub. Üç saata yaxın davam edən konsertdə azyaşlı tamaşaçıların müxtəlif cizgi filmləri və nağılların qəhrəmanları ilə görüşü də baş tutub. Tamaşaçı zalına “Panda”nın gəlməsi də uşaqlara ayrıca bir sevinc yaşadıb. Nağıl qəhrəmanını canlı olaraq görmək və onunla foto çəkdirmək imkanı əldə edən kiçik yaşlı izləyicilərin sevinci gözlərindən oxunub. Sarayın təşəbbüsü ilə keçirilən hər konsertdə olduğu kimi, bu tədbirdə də uşaq evlərinin sakinləri, eləcə də əlil azyaşlılar üçün yer ayrılıb. Bu sırada “Himayə” İctimai Uşaq Birliyi, UAFA qüsurlu uşaqlar Cəmiyyəti, Binəqədi rayon Qarabağ Veteranları Şəhid Ailələri Cəmiyyəti, “Dəcəllər” Saun Xəstəliyi Cəmiyyətinin uşaqlarına saray tərəfindən təmənnasız yer ayrılıb.

Konsertdə “Çiçəyim” Uşaq Teatrı, “Səyyah”, “Azəri inciləri”, “Şənlik” rəqs kollektivləri iştirak ediblər. Onların maraqlı və yaddaqalan çıxışları nəinki balacaların, hətta onların valideynlərinin rəğbətini qazanıb. Balaca istedadların çıxışları onları izləyən həmyaşıdlarının alqışları ilə müşayiət olunub. Eləcə də bu musiqilər altında zalda əyləşən izləyicilər də rəqs ediblər. Heydər Əliyev Sarayının səhnəsində “Cip-cip cücələrim” mahnısı altında cücələrin səhnəyə çıxışı da maraqlı məqamlardan biri olub. Həmin gün uşaqlar Qırmızı papaq, Malvina, Vinni Pux və digər nağıl qəhrəmanlarını görmək imkanı qazanıblar. Proqramda milli rəqslərlə yanaşı, müxtəlif xarici rəqslər də nümayiş olunub. Dünya şöhrətli müğənni Maykl Ceksonun rəqslərinin azyaşlı istedadların ifasında nümayişi də alqışlarla qarşılanıb. Proqrama uşaqların bilik səviyyəsinin artırılması üçün bir neçə nömrə də daxil edilib. “Arzular qanadında” konsertdə uşaqlar üçün xüsusi lazer şousu da həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR