Bank Of Baku

Yaşar Nurinin vəziyyəti ağır-stabil olaraq qalır

Yaşar Nurinin vəziyyəti ağır-stabil olaraq qalır
# 18 noyabr 2010 09:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İstanbulun Memorial Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nurinin vəziyyəti ağır-stabil olaraq qalır. Bunu APA-ya açıqlamasında xalq artistinin yanında qalan həyat yoldaşı Rəhimə Nuriyeva deyib. O bildirib ki, aktyor ötən gün gözlərini qısa müddətə açsa da, vəziyyət davam edir: “Problemi qara ciyərlə bağlı deyil. Dünən gözlərini açdı, ancaq bu gün yenə də eyni vəziyyət davam edir. O, hələ də danışa bilmir, bir söz deyə bilməyib. Hər gün onun sağalması üçün dua edirəm. Allah dualarımızı eşitsin”. R.Nuriyeva deyib ki, həkimlər heç bir xəstə ilə bağlı zəmanət vermirlər. O, xalq artistinin bir söz belə deməməsindən də narahatdır: “Hələ də onun səsini eşitməmişəm. Allah qoysa, danışan kimi bu şad xəbəri sizlərə verəcəyəm”.

Yaşar Nurinin nə zaman palataya köçürüləcəyi isə hələ də məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR