Bank Of Baku

Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
# 19 noyabr 2010 14:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli: Şərqin muğam-məqam sistemləri müqayisəli təhlildə” mövzusunda elmi - konfrans keçirilib. APA-nın məlumatına görə, ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin yaradıcılığında muğamın rolundan danışıb. Daha sonra isə sənətşünaslıq doktoru, professor, Zemfira Səfərova “Səfiəddin Urməvinin (XIII əsr) və Üzeyir Hacıbəylinin (XX əsr) risalələrində bəzi lad problemlərinin müqayisəli təhlili”, sənətşünaslıq namizədi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Cəmilə Həsənova “Azərbaycan musiqisində ladların qarşılıqlı əlaqələrinin tədqiqi məsələləri”, sənətşünaslıq namizədi, dosent Sürəyya Ağayeva “Üzeyir Hacıbəyli və Azərbaycan muğamlarının səs sistemi məsələsi”, Bakı Musiqi Akademiyasının dosenti Elmira Pənahova “Yaxın və Orta Şərqin musiqi sistemlərində lad strukturlarının qarşılıqlı müqayisəsi” mövzusunda məruzə ilə çıxış ediblər. Tədbirdə eləcə də Bakı Musiqi Akademiyasının baş müəllimi Ariz Abduləliyev “Şərq xalqlarının musiqisində bayatı məqamı: tarixi mifologiyası və paralel strukturları” mövzusunda məruzə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR