Bank Of Baku

“Eurovision-2011” mahnı müsabiqəsində Türkiyəni Atiyə Dəniz təmsil edəcək - FOTO

“Eurovision-2011” mahnı müsabiqəsində Türkiyəni Atiyə Dəniz təmsil edəcək - <font color=red>FOTO</font>
# 19 noyabr 2010 20:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində Türkyənin təmsilçisinin kimliyi müəyyənləşib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbər görə, Türkiyəni “Eurovision-2011” yarışmasında gənc müğənni Atiyə dəniz təmsil edəcək. Qısa müddət ərzində populyarlaşan və kifayət qədər tamaşaçı auditoriyası toplayan Atiyə Dəniz, Türkiyənin “TRT” kanalı tərəfindən bu müsabiqədə iştirak hüququ qazanıb. Atiyə Dənizin ifasında “Dondurma”, “Kal” mahnıları daha çox populyarlıq qazanıb. Bu müğənni bir neçə namizəd arasından seçilib.

Qeyd edək ki, “Eurovision-2010” mahnı müsabiqəsində Türkiyəni “MaNga” rok qrupu təmsil etmiş və 39 ölkə arasında ikincilik qazanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR