Bank Of Baku

Polşada dahi bəstəkar Şopenin 200 illik yubileyinə həsr olunmuş konsertdə azərbaycanlı dirijor da çıxış edib - FOTO

Polşada dahi bəstəkar Şopenin 200 illik yubileyinə həsr olunmuş konsertdə azərbaycanlı dirijor da çıxış edib - <font color=red>FOTO</font>
# 22 noyabr 2010 08:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Polşanın Belostok şəhərində dahi polyak bəstəkarı Şopenin 200 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib. Polşanın Mədəniyyət Nazirliyi, Podlaziya Opera Teatrı və Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən konsertdə Arturo Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsinin qran-pri mükafatçısı, Azərbaycanın gənc dirijoru Əyyub Quliyev də çıxış edib. Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, konsert Polşada dövlət səviyyəsində qeyd olunan “Şopen ili” çərçivəsində gerçəkləşib. Əyyub Quliyev dahi bəstəkarın doğma vətəni – Polşada keçirilən 200 illik yubiley konsertlərində iştirak edən yeganə azərbaycanlı dirijordur. Həmin gecə Ə. Quliyevin dirijorluğu ilə Podlyaziya Filarmonik orkestri Aleksandr Skryabinin IV simfoniyası – “Ekstaz poemasını” (Belostokda ilk ifa) və Rixard Vaqnerin “Tristan və İzolda” operasına “Giriş” və “İzoldanın ölümü” əsərlərini ifa edib. Həmçinin, konsertdə dünya şöhrətli musiqiçi, Brüsseldə keçirilən Kraliça Yelizaveta adına pianoçuların beynəlxalq müsabiqəsinin qalibi Jeffri Suvonun (Jeffry Swann) ifasında F. Şopenin fortepiano və simfonik orkestr üçün 1 saylı konserti səslənib. Konsertdən sonra Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edərək son illər ərzində Polşada gerçəkləşən konsertlərdə azərbaycanlı musiqiçilərin iştirakı barədə danışıb və ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında bu tədbirlərin rolunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR