Bank Of Baku

Azərbaycanda Şopen İli çərçivəsində yekun konsert keçiriləcək

Azərbaycanda Şopen İli çərçivəsində yekun konsert keçiriləcək
# 22 noyabr 2010 08:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Frederik Şopenin 200 illiyi ilə bağlı Azərbaycanda keçirilən Şopen İlinin yekununa həsr olunmuş konsert noyabrın 23-də Muğam Mərkəzində keçiriləcək. Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir səfirlik və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.

Konsertdə Azərbaycan və Polşa musiqiçilərinin çıxışı dinləniləcək. Tanınmış muğam ustası Alim Qasımov, onun qızı Fərqanə Qasımova, pianoçu Nərgiz Aliyarova ilə yanaşı Polşadan gəlmiş Prusinovski Triosunun üzvləri çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR