Bank Of Baku

Azərbaycanda “Türkdilli xalqların musiqi alətləri” mövzusunda beynəlxalq simpozium keçiriləcək

Azərbaycanda “Türkdilli xalqların musiqi alətləri” mövzusunda beynəlxalq simpozium keçiriləcək
# 22 noyabr 2010 10:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 16-17 dekabr tarixlərində Bakıda “Türkdilli xalqların musiqi alətləri” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək. Tədbir, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) birgə təşkilatçılığı ilə həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, simpoziumun əsas vəzifələri türkdilli xalqların musiqi alətlərini bir-biri ilə birləşdirən ümumi və fərqli əlamətlərin müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılması, bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi, yeni yanaşmalar və qiymətləndirmələr və ifaçılıq məsələlərinin müzakirəsi, yox olmuş alətlərin bərpası, mühafizəsi, etnoorqanologiya problemləri və pedaqogikadır.
Simpozium plenar və bölmə iclaslarından ibarət olacaq. Bölmələrin mövzuları simpoziumun proqramı hazırlanarkən formalaşdırılacaq. Simpoziumun rəsmi dilləri – Azərbaycan, ingilis və rus dilləridir. Simpozium başa çatdıqdan sonra məruzələrin məcmusunun nəşri nəzərdə tutulub.
Simpoziumda TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda Amerika, Avropa və Asiyanın bir sıra alim və filosoflarının iştirakı, dəvət olunmuş qonaqların simpoziumun vəzifələri ilə bağlı məqalələrlə çıxış edəcəkləri nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR