Bank Of Baku

Azərbaycan Kinematoqrafçılar İttifaqında beynəlxalq festivala təqdim olunan filmlərin nümayişi keçirilib

Azərbaycan Kinematoqrafçılar İttifaqında beynəlxalq festivala təqdim olunan filmlərin nümayişi keçirilib
# 23 noyabr 2010 14:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçirilən Tələbə və Gənclərin VII “Start” Beynəlxalq Film Festivalı çərçivəsində bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında festivala təqdim olunan filmlərin nümayişi keçirilib. APA-nın məlumatına görə, bugünkü nümayişdə almaniyalı rejissor Florian Şeve “Xarici aləm”, rusiyalı rejissor Qleb Kleşeviçin “Dəstə”, belçikalı rejissor Nele Decatın, “Trubalanın səsi”, litvalı rejissor Yaniş Kuruminşin “Sallaqxana”, iranlı rejissor Möhsin Xanjahanin “Açar”, polşalı rejissor Mişel Brazanoviçin “Yuxular aləmi”, moldovalı rejissor Valentina Mayorun “Zor həyat”, azərbaycanlı rejissorlar Amil Məmiyev və Ayşad Səfərəliyevin “Kor-koranə”, Emin Seyidlinin “3 T”, Anar Almaznovun “Keçid” və digər filmlər göstərilib. Filmlərin nümayişi başa çatsa da, Moskvada yaşayan azərbaycanlı rejissor Rodion İsmayılov və gürcü kino işçisi David Caniliedzi tərəfindən festival iştirakçıları, qonaqlar üçün master-klasslar keçirilir.

Noyabrın 24-də saat 18:00-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqında Tələbə və Gənclərin VII “Start” Beynəlxalq Film Festivalının mükafatlarının təqdimetmə mərasimi baş tutacaq. Bu yekun tədbirdə festivalın qaliblərinin adları açıqlanacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və “CİNEMA” Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən festivalın münsiflər heyətinə Yavər Rzayev sədrlik edir. Münsiflər heyətində Aygün Aslanlı (Azərbaycan), Rodion İsmayılov (Rusiya), Nadir Saivən (İran) və David Caniledze (Gürcüstan) təmsil olunur. Noyabrın 24-dək davam edəcək kinoforumda 16 ölkədən 100-ə yaxın müxtəlif janrlı filmlər nümayiş olunacaq. Festivalın informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR