Bank Of Baku

Azərbaycan Dövlət Filarmoniyasında Aşıq Xanların 60 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Filarmoniyasında Aşıq Xanların 60 illik yubileyi qeyd olunub
# 24 noyabr 2010 07:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Filarmoniyasında ozan-aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Xanlar Məhərrəmovun 60 illik yubileyinə və yenicə işıq üzü görmüş “Ya saz öldürəcək, ya Xanlar məni” adlı xatirələr kitabının təqdimatına həsr olunmuş ədəbi-bədii gecə keçirilib. APA-nın məlumatına görə, tədbir millət vəkili Qənirə Paşayevanın və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə baş tutub. Tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Aşıq Xanların həyat və yaradıcılığına nəzər salıb, onun həm sənətkar, həm də bir insan kimi müsbət keyfiyyətlərindən danışıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, ozan-aşıq sənətinə ötən yüzilliyin 70-ci illərində gəlmiş Aşıq Xanlar Məhərrəmov ecazkar solo-saz ifaları və özünəməxsus təkrarolunmaz oxu tərzi ilə yadda qalıb: “Aşıq Xanlara olan hörmət, diqqət bu gün də yaşayır. Aşıq Xanlar sazı, aşıq sənətini yüksəklərə qaldıran bir sənətkardır. Onun sənəti, çaldığı havalar həmişə xatırlanacaq”.
Tədbirdə aşıqlardan Şəhriyar Qaraxanlı, Ədalət Dəlidağlı, Gülarə Azaflı, İlham Aslanbəyli, Firudin Tovuzlu, sənətçilərdən Könül Xasıyeva, Tünzalə Ağayeva, Nazpəri Dostəliyeva çıxış ediblər. T
Aşıq Xanların oğlu və sənətinin davamçısı Aşıq Azər də atasının sənətinə göstərilən diqqətə görə tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.

Onu da qeyd edək ki, təqdimatı keçirilən “Xanların sənət dünyası” adlı kitabın ön sözünü millət vəkili Qənirə Paşayeva yazıb. Kitabın materiallarını toplayıb tərtib edənlər şair Bağman Baba, Azər Xanlaroğlu, redaktorları xalq şairi Zəlimxan Yaqub, şair Əkbər Qoşalı, rəyçiləri isə professor, dövlət mükafatı laureatı Məhərrəm Qasımlı və filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR