Bank Of Baku

Heykəltəraş Teymur Rüstəmovun sərgisi açılacaq - FOTO

Heykəltəraş Teymur Rüstəmovun sərgisi açılacaq - <font color=red>FOTO</font>
# 26 noyabr 2010 08:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü, heykəltəraş Teymur Rüstəmovun sərgisi keçiriləcək. APA-nın məlumatına görə, Teymur Rüstəmovun «…Dünən, bu gün, sabah…» adlı fərdi sərgisində müəllifin müxtəlif üslüblarla hazırlanmış 25 işi, o cümlədən 2009-cu ildə Azərbaycan ekspoziyasının bir hissəsi kimi məşhur Venesiya biennalesində nümayiş etdirilən multimediya instalyasiyası “I TRUST”, “Narkotiklərə yox” mövzusundakı heykəltəraşlıq kompozisiyaları təqdim olunacaq. Başqa işləri ilə bərabər heykəltəraş sərgi iştirakçılarına “Arzular ağacı” adlı interaktiv işində “arzu tutmağı” təklif edəcək. Sərginin açılışı dekabrın 3-də olacaq və sənət nümunələrinin nümayişi dekabrın 31-dək davam edəcək.

Teymur Rüstəmov Azərbaycanın populyar müasir rəssamlarından biri, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının məzunu, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Teymur Rüstəmov əsasən heykəltəraş kimi tanınır. Lakin o, yalnız heykəltəraşlıqla məşğul olmur. Onun işləri arasında videoart, dekorativ kompozisiyalar, instalyasiyalar da var. Teymur Rüstəmovun işləri təkcə vətəndə deyil, həm də xaricdə də - Rusiya, Gürcüstan, Polşa, Almaniya və eləcə də İtaliyada – 53-cü Venesiya biennalesində nümayiş etdirilib. O, atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovla birlikdə Bakıda monumental heykəltəraşlıqla bağlı bir sıra layihələrin həyata keçirilməsində iştirak edib. Bunlar Xocalı faciəsinə həsr edilmiş abidə, Ukrayna dairəsi yaxınlığındakı H. Əliyev parkında Heydər Əliyevin abidəsi və digər layihələrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR