Bank Of Baku

“Güllələnmə təxirə salınır” filminin nüsxəsi Dövlət Film Fonduna hədiyyə edilib

“Güllələnmə təxirə salınır” filminin nüsxəsi Dövlət Film Fonduna hədiyyə edilib
# 26 noyabr 2010 11:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Əməkdar incəsənət xadimi, kinorejissor-kinooperator Ələkbər Muradov “Güllələnmə təxirə salınır” filminin nüsxəsini Dövlət Film Fonduna hədiyyə edib. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, bu film 1996-2000-ci illərdə lentə alınıb.

Baş rollarda Fuad Poladov, Nəsibə Zeynalova, Məlik Dadaşov və başqa aktyorlar çəkilib.

Ələkbər Muradov şəxsi arxivindən “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Qanun naminə” filmlərininin neqativ foto-sənədlərini də Dövlət Film Fonduna təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR