Bank Of Baku

Londonda dünyanın ən məşhur hərrac evlərindən birində Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş sərgi keçirilib

Londonda dünyanın ən məşhur hərrac evlərindən birində Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş sərgi keçirilib
# 27 noyabr 2010 09:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Londonda dünyanın ən məşhur hərrac evlərindən biri - Sotheby Hərracında Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş foto, bədii və rəqəmsal sərginin möhtəşəm açılışı olub. Londonda səfərdə olan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti şöbəsinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova APA-ya bildirib ki, sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən foto-sənədlər bədii və rəqəmsal şəkildə nümayiş etdirilib.
Sərginin ikinci dəfə Londonda nümayişi Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü və təşkilatı dəstəyi ilə həyata keçirilib. Layihənin müəllifləri Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır. Təşkilati dəstək Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, “Statoil-Abşeron” və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən verilib. Açılış mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov, Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi şöbəsinin müdiri Azadə Hüseynova, Nobellər nəslinin nümayəndəsi Lüdviq Nobelin nəticəsi Qustav Nobel, Azərbaycan Dövlət Neft Şirkətinin, “Statoil” şirkətinin, ingilis ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Sərgi dekabr ayında Nobellərin Vətəni Stockholmda Nobel mükafatının verilməsi ərəfəsində də nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR