Bank Of Baku

Muzey Mərkəzində İrina Eldarovanın xalq rəssamı Müslüm Eldarovun xatirəsinə həsr olunmuş sərgisi açılıb

Muzey Mərkəzində İrina Eldarovanın xalq rəssamı Müslüm Eldarovun xatirəsinə həsr olunmuş sərgisi açılıb
# 27 noyabr 2010 09:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində rəssam İrina Eldarovanın “Salam! Bu mənəm” adlı sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi Azərbaycan xalq rəssamı Müslüm Eldarovun xatirəsinə həsr olunub. Sərgidə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Azərbaycan Rəssamlar Akademiyasının rektoru, heykəltəraş Ömər Eldarov və başqaları İrina Eldarovanın yüksək yaradıcılığından danışıb, ona gələcək fəaliyyətindən uğurlar arzu ediblər. İrina Eldarova tədbirdə çıxışında Bakıda belə bir sərgisinin təşkil olunmasını çoxdan arzu etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, İrina Eldarovanın əsərləri Müasir İncəsənət Muzeyində, R.Mustafayev adına Azərbaycanb Dövlət İncəsənət Muzeyində, Bakı İncəsənət Mərkəzində, Tretyakov Qalereyasında, SSRİ Rəssamlıq Akademiyasında və şəxsi kolleksiyalarda saxlanılır. O, Müslüm Eldarov adına “Ənənəvilik və Müasirlik” Beynəlxalq fotomüsabiqənin təşkilatçısıdır. 1996-cı ildən Britaniya Jurnalsitlər Assosiasiyasının və Qazaxıstan Jurnalsitlər Birliyinin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR