Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş tamaşa hazırlanır

Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş tamaşa hazırlanır
# 29 noyabr 2010 07:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşasının yeni səhnə versiyasını yaxın günlərdə teatrsevərlərin ixtiyarına verəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk məhəbbət haqqında iki hissəli lirik dramın yeni tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurdjidze, rejissor asissenti əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur. Tamaşada istifadə edilən şeirlərin müəllifi Mirzə Ağa Mirzəyevdir.

1990-cı ilin 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tamaşada rolları əməkdar artistlər Rafiq Hüseynov, Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzə Ağa Mirzəyev, Eşqin Quliyev, Elnur Hüseynov, Zülfiyyə Alhüseynova, Nəsibə Eldarova, Kərəm Hadızadə, Anar Səfiyev, İlham Əsədov, Məsumə Babayeva, Sona Babayeva, Elxan Qurban və başqaları oynayacaqlar.

Qeyd edək ki, yeni tamaşanın 4, 5 və 26 dekabr tarixlərində nümayişi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR